“Oyun planında daha da artırmalıyıq” - Baxşıyev
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 12-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini dilə gətirib.
Sports.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:
"Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Yolumuza davam edirik. Düşünürəm ki, bu da bizim maksimumuz deyil. Oyun planında daha da artırmalıyıq. Futbolda elə qanun yoxdur ki, əvəzetmədən meydana daxil olan futbolçu oyunu dəyişməlidir. Birinci hissədə zədələnən oyunçumuz oldu, Bəxtiyar Həsənalızadə. Ona uyğun da rotasiyaya getməyə məcbur qaldıq. Çünki həmin mövqedə yerli olmadığı üçün əcnəbi futbolçumuzu meydana buraxdıq. İkinci hissədə birinci hissədən daha çox epizodlara girdik. Sadəcə son nöqtəni qoya bilmədik".