Ardıcıl ikinci darmadağın

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci seçmə mərhələsində sonuncu oyununu keçirib.

Sports.az xəbər verir ki, B liqasının 5-ci qrupunda yer alan U-17 Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamız ilk görüşdə Serbiyaya 0:10 ilə uduzub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar