Azərbaycan futbolu
“Qarabağ”ın rəqibindən qələbə
03.11.2024 | 12:40
“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Elfsborq” İsveç çempionatında növbəti oyununu keçirib.
Sports.az xəbər verir ki, komanda 29-cu turda "Vasteras"ı qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Oyunda yeganə qolu matçın 45+1-ci dəqiqəsində Rami Kaib vurub.
Bu nəticədən sonra "Elfsborq" 44 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, “Elfsborq” - “Qarabağ” oyunu dekabrın 13-də keçiriləcək və Bakı vaxtı ilə 00:00-da start götürəcək.