İki komandaya texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-17 Liqasının “Sumqayıt” FK – “Dinamo” (Bakı) FK oyununda “Dinamo”nun futbolçusu Emil İsmayılov qarşılaşmanın 56-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 4 oyun cəzalandırılıb.

U-15 Liqasının “Turan Tovuz” FK – “Qəbələ” İK oyununda “Qəbələ”nin futbolçusu Tunar Bayramov qarşılaşmanın 78-ci dəqiqəsində rəqib komandaya qeyri-etik ifadə işlətdiyinə görə qırmızı vərəqə aldığına görə 3 oyun cəzalandırılıb.

U-15 Liqasının “Neftçi” PFK – “Səbail” PFK oyununda “Neftçi”nin futbolçusu Qafar Babayev qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 3 oyun cəzalandırılıb. “Səbail”in futbolçusu Ceyhun Abdullayev də 78-ci dəqiqədə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 3 oyun cəzalandırılıb.

U-13 Liqasının “Həkəri” (Qubadlı) –“Sumqayıt City” oyunu  “Həkəri” (Qubadlı) komandasının heyətində yetərsay olmadığına görə baş tutmayıb. Buna görə “Həkəri” (Qubadlı) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasının “Ağdam” FK –“Olimpiya” (Ağcabədi) oyununda “Ağdam”ın baş məşqçisi Zakir Dadaşov qarşılaşmanın 45-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 5 oyun cəzalandırılıb.

U-10 Liqasının “Antiguoko İnternational” – “Sahil” FA oyunu “Sahil” FA komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Buna görə “Sahil” FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar