Santuş millimizə 24 futbolçu dəvət etdi

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Sports.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

 

S.

Ad/Soyad

Klub

1

Nicat Mehbalıyev

Sabah

2

Rza Cəfərov

Neftçi

3

Aydın Bayramov

Zirə

4

Abbas Hüseynov

Qarabağ

5

Amin Seydiyev

Sabah

6

Rahil Məmmədov

Radomiak Radom, Polşa

7

Bəhlul Mustafazadə

Qarabağ

8

Zamiq Əliyev

Eqnatia, Albaniya

9

Bədavi Hüseynov

Qarabağ

10

Anton Krivotsyuk

Daejeon Hana Siti, Cənubi Koreya

11

Elvin Cəfərquliyev

Qarabağ

12

Coşqun Diniyev

Bandırmaspor, Türkiyə

13

Aleksey İsayev

Qarabağ

14

Xəyal Nəcəfov

Turan Tovuz

15

Ceyhun Nuriyev

Zirə

16

Mustafa Əhmədzadə

Araz-Naxçıvan

17

Səbuhi Abdullazadə

Sumqayıt

18

Emin Mahmudov

Neftçi

19

Toral Bayramov

Qarabağ

20

Ozan Can Kökçü

HJK, Finlandiya

21

Rüstəm Əhmədzadə

Zirə

22

Ramil Şeydayev

Neftçi

23

Mahir Emreli

Nürnberq, Almaniya

24

Nəriman Axundzadə

Qarabağ

 

Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək. Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.

 

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar