Azərbaycan futbolu
Avroliqaı: Toralın qolu həftənin ən yaxşısı seçildi
08.11.2024 | 17:20
"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Bodo Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı seçilib.
Sports.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
Cinah oyunçusunun dəqiq zərbəsi azarkeşlərin səsverməsindən sonra birinci olub.
Liqa mərhələsinin 4-cü turunun ən yaxşı qol müəllifi adına digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgün idi.
"Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.