Azərbaycan futbolu
“Birinci hissədə düzgün düzülə bilmədik” - Berdıyev
09.11.2024 | 20:00
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Səbail"lə oyundan sonra mətbuat konfransında iştirak edib.
Sports.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra bunları deyib:
"İki fərqli hissə izlədik. Birinci hissədə düzgün düzülə bilmədik. Epizodlarda rəqib daha yaxşı görünürdü. İkinci hissədə düzəlişlər etdik. Daha yaxşı oynadıq".