“Belə oyunla yaxşı nəticələr əldə edəcəyik” - Cavadov

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Yaxşı oyun oldu. Baxmayaraq ki, az qol vuruldu. Amma bu oyunda xeyli qol imkanlarımız oldu. Həmin imkanlardan yararlansaydıq, qalib də gələ bilərdik. Əfsuslar olsun ki, uduzduq. Oyuna görə komandama təşəkkürümü bildirirəm. Məncə, ən yaxşı oyunlarımızdan birini oynadıq. Nəticə yaxşı olmasa da, belə oyunla, belə mübarizə ilə qarşıdakı matçlarda yaxşı nəticələr əldə edəcəyik".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar