Azərbaycan futbolu
“Difai” “sükan”ı millimizin keçmiş hücumçusuna tapşırdı
12.11.2024 | 17:45
Birinci Liqada mübarizə aparan “Difai”nin yeni baş məşqçisinin adı açıqlanıb.
Sports.az xəbər verir ki, klub Azərbaycan millisinin keçmiş hücumçusu Xaqani Məmmədovla anlaşıb.
Məmmədov komandanı mövsümün sonuna qədər çalışdıracaq.
Xaqani Məmmədov son olaraq “Araz-Naxçıvan”da baş məşqçi Elmar Baxşıyevin köməkçisi kimi çalışmışdı.