Azərbaycan futbolu
Yığmamız Rumıniyaya qarşı
19.11.2024 | 11:15
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
Sports.az xəbər verir ki, 6-cı qrupda yer alan millimiz meydan sahibi Rumıniya yığması ilə üz-üzə gələcək.
Rumıniya Milli Futbol Mərkəzinin stadionunda təşkil olunacaq qarşılaşmanı San Marinodan olan baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Azərbaycan (U-17) – Rumıniya (U-17)
Rumıniya Milli Futbol Mərkəzinin stadionu. Saat 14:00
Baş hakim: Michele Beltrano (San Marino)
Baş hakimin köməkçiləri: Gian Marco Ercolani (San Marino), Vadim Vicol (Moldova)
Dördüncü hakim: Ion Orlic (Moldova)