Azərbaycan futbolu
Millimiz qrupda sonuncu matçını keçirəcək
19.11.2024 | 11:45
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
Sports.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz meydan sahibi Moldova yığması ilə üz-üzə gələcək.
Kişinyovda yerləşən “Zimbru” stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Moldova (U-19) - Azərbaycan (U-19)
Zimbru stadionu, Kişinyov. Saat 15:00
Baş hakim: David Dickinson (Şotlandiya)
Baş hakimin köməkçiləri: Craig Ferguson (Şotlandiya), Lukáš Matoušek (Çexiya)
Dördüncü hakim: Jan Petrik (Çexiya)