Azərbaycan futbolu
Millimizdən Rumıniya ilə heç-heçə
19.11.2024 | 16:30
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsindəki üçüncü oyununda heç-heçə edib.
Sports.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə üz-üzə gəlib.
Rumıniyanın Buftya şəhərində təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində Əlibəy Mahmudov 82-ci dəqiqədə fərqlənib.
U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.