Millimiz İsveçə böyük hesabla uduzdu
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxıb.
Sports.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız 1-ci qrupdakı altıncı oyununda İsveçin qonağı olub.
Solna şəhərində təşkil olunmuş qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edib. Oyun isə millimiz üçün facivəi sonluqla yekunlaşıb. Komandamız 6 cavabsız qolla uduzub. Nəticədə yığmamız qrup sonuncusu kimi C Liqasını tərk edib və D Liqasına düşüb.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
19 noyabr
İsveç - Azərbaycan 6:0
Qollar: Deyan Kuluşevski, 10; 57. Viktor Dyökereş, 26; 37; 58; 70.
Matçın 49-cu dəqiqəsində Aleksander İsak penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Pavel Raçkovski (Polşa).
Solna. “Strauberri Arena”.
İsveç: 12. Viktor Yohansson, 5. Qabriel Qudmundsson, 9. Aleksander İsak, 13. Ken Sema, 14. Anton Saletros, 15. Karl Starfelt, 16. Yesper Karlström, 17. Viktor Dyökereş, 18. Yasin Ayari, 21. Deyan Kuluşevski (k), 22. Sebastyan Nanasi.
Ehtiyat oyunçular: 1. Yakob Zetterström, 23. Kristofer Nordfelt, 2. Emil Holm, 4. Henrik Kasteqren, 6. Samuel Dahl, 7. Lukas Berqvall, 8. Daniel Svensson, 10. Emil Forsberq, 11. Niklas Eliasson, 19. İsak Lidberq, 20. Nils Zatterström.
Baş məşqçi: Yon Dal Tomasson.
Azərbaycan: 23. Rza Cəfərov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 9. Nəriman Axundzadə, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Nicat Mehbalıyev, 12. Aydın Bayramov, 8. İsmayıl İbrahimli, 11. Ramil Şeydayev, 14. Zamiq Əliyev, 16. Səbuhi Abdullazadə, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nəcəfov, 21. Abbas Hüseynov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Fernando Santos.