Veteran futbolçu AFFA-nı məhkəməyə verdi

“Keşlə”nin keçmiş futbolçusu Mirhüseyn Seyidov AFFA-nı məhkəməyə verib.

Sports.az xəbər verir ki, veteran futbolçu ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə üz tutub.

İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılacaq.

Xatırladaq ki, Mirhüseyn Seyidov 2017-ci ildə AFFA-nın İntizam Komitəsinin qərarı ilə ömürlük futboldan uzaqlaşdırılıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar