Azərbaycan futbolu
“Kəpəz”in futbolçusu əməliyyat olundu
21.11.2024 | 16:15
"Kəpəz" klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.
Sports.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.
Müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.