Azərbaycan futbolu
Qəbələdə dörd qol
21.11.2024 | 22:30
“Qəbələ” növbəti yoxlama oyununu keçirib.
Sports.az xəbər verir ki, “qırmızı-qaralar” “Zaqatala” ilə üz-üzə gəlib.
Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Kaxaber Sxadadzenin yetirmələri bu görüşdə 3:1 hesabı ilə qalib gəliblər. Dörd qolun vurulduğu matçda “Qəbələ”nin heyətində Abdullahi Şuaybu, Nicat Əliyev və Elşad Tağıyev fərqləniblər.