“Son vaxtlar bir az emosional olmuşam” - Azər Bağırov

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 14-cü turunun açılış matçında “Araz-Naxçıvan”la qarşılaşıb.

Sports.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 0:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib.

Bağırov son zamanlar bir az emosional olduğunu bildirib:

“Gəncə azarkeşlərinə təşəkkür edirəm, bu gün komandamızı sonadək dəstəklədilər. Həmçinin, Tovuzdan dəstəyə gələnlər var idi. Hər birinə minnətdaram.

Oyuna gəlincə, iki fərqli hissə oynadıq. Birinci hissədə oyunumuz alınmadı. İkinci hissədə bir neçə dəyişiklik edib, oyunumuzu qaydasına saldıq. Amma sonluq yaxşı olmadı.

Sarı vərəqə ilə bağlı onu deyim ki, son zamanlar bir az emosional olmuşam. Bu da son oyunlarla bağlı olan bir şeydir. Yəqin, buna görədir. Biz də gərək bir az hisslərimizi, emosiyalarımızı cilovlayaq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar