“Heç-heçəni ədalətli nəticə hesab etməzdim” - Berdıyev

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sabah”ı qəbul edib.

Sports.az xəbr verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı güclü rəqibə qarşı oynadıqlarını bildirib:

“Fikirləşirəm ki, bu gün güclü rəqibə qarşı oynadıq. Yaxşı komplektləşmiş kollektivdir. Heç-heçəni ədalətli nəticə hesab etməzdim. Komandam adi epizoddan qol buraxdı.

Fikirləşirəm ki, komandamın 60-cı dəqiqədən sonra oyundan qopması hesabı qorumaqla bağlı idi. Həmin atılan addımlar nəticəyə hesablanmışdı. Amma düşünürəm ki, o tempdə də davam edə bilərdik.

Futbolçularım ikinci hissədə lazım olanları yerinə yetirmədilər. Digər məsələlər isə uzun mövzudur. Tural Bayramlı hazırlaşır, yaxşı vəziyyətdədir. Amma bu gün kim daha yaxşı formadadırsa, o da çıxıb oynayır”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar