Azərbaycan futbolu
Almaniyalı futbolçudan Azərbaycan klubunda 40-cı qol
25.11.2024 | 11:00
Almaniyalı futbolçu Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub.
Sports.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı oyunçunun yubileyi Misli Premyer Liqasının XIV turunun “Turan Tovuz”la görüşünə (1:1) təsadüf edib.
O, komandasının bərabərlik qolunun müəllifi olub.
Mikels Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.