Azərbaycan futbolu
“Səbail”lə “Şamaxı”nın oyunçularına 1 oyunluq cəza
26.11.2024 | 15:45
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, bu gün keçirilən iclasda Əvəzedicilər Liqasının 14-cü turu çərçivəsində keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Səbail-2” – “Qarabağ-2” oyununun 6-cı dəqiqəsində “Səbail-2” komandasının 84 nömrəli futbolçusu Teymur Məmmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Səbail-2” komandası 100 manat cərimə edilib.
“Sumqayıt-2” – “Şamaxı-2” oyununun 90+1-ci dəqiqəsində “Şamaxı-2” komandasının 70 nömrəli futbolçusu Nicat Xasıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şamaxı-2” komandası 50 manat cərimə edilib.