Azərbaycan futbolu
“Azərbaycanın ən böyük klubunda oynamaq çox xoş idi” – Şinyaşiki
26.11.2024 | 21:10
"Neftçi" ilə yollarını ayıran Andre Şinyaşiki şəxsi İnstaqram hesabında paylaşım edib.
Sports.az xəbər verir ki, 27 yaşlı hücumçu "ağ-qaralar"ın fanatlarına müraciət edib:
"Hörmətli "Neftçi" azarkeşləri, hər şey üçün təşəkkür edirəm. Azərbaycanın ən böyük klubunda oynamaq çox xoş idi. Bu fürsət mənə verildiyi üçün minnətdar olacağam. Kluba və gözəl tərəfdarlara uğurlar arzulayıram".
2023-cü ilin avqustunda transfer olunmuş Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.