“Qarabağ”ın hücumçusu Albaniya klubuna icarəyə verilə bilər

“Qarabağ”ın albaniyalı hücumçusu Redon Cicanın qış transfer pəncərəsində ölkəsinə qayıda biləcəyi haqda xəbərlər yayılıb.

Sports.az xəbər verir ki, Albaniyanın “Panorama” nəşri “Partizani” klubunun 26 yaşlı hücumçunu heyətinə cəlb etmək istədiyini yazıb. “Partizani” hazırda Albaniya çempionatında liderdir. Bu klub 17 dəfə ölkə çempionu olub.

Məlumatda qeyd edilir ki, Cicanın Ağdam klubu ilə 2026-cı ilin yayına qədər olan müqaviləsi var. Onu birdəfəlik transfer etmək üçün yüksək məbləğ tələb olunur. Bu səbəbdən, “Partizani” hazırkı mövsümün ikinci yarısı üçün futbolçunu icarə qaydasında transfer etmək istəyir.

Cica Albaniya mətbuatına verdiyi müsahibədə “Qarabağ”da istədiyi oyun şansını qazana bilmədiyi üçün qışda Albaniyaya qayıdacağını istisna etməyib.

Cica bu mövsüm “Qarabağ”da bütün turnirlərdə 10 oyunda meydana çıxıb və 3 qol vurub. 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar