“Şuşa”da 4-ü gəldi, o qədər də yola salındı

Yüksək Liqanın debütantı olan “Şuşa” transfer pəncərəsinin açıqlamasından maksimum istifaə etməyə çalışır.

Sports.az xəbər verir ki, komanda artıq 4 futzalçı ilə anlaşıb.

“Neftçi” İK-dan ayrılan Nüsrət Fərzəli və Sadegh Javiditabar mövsümün qalan hissəsini “Şuşa”nın heyətində keçirəcək. Onlardan başqa, Emil İsrəfilov və Xalid Səfərov də bu komandaya keçib. Hər iki futzalçı “Yasamal Bakı”da çıxış edirdi. Yeni gələnlərlə bərabər komandadan ayrılanlar da var. Elvin Qasımov, Feruz Həsənov, Ceyhun Nağıyev və Sabir Hacıəliyev başqa klublarda çıxış edəcəklər.

“Şuşa” 8 oyundan 6 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar