Azərbaycan futbolu
“Sabah” legionerini icarəyə verdi
16.01.2025 | 14:20
"Sabah"ın futbolçusu Oluvaseun Timilehini icarəyə göndərib.
Sports.az xəbər verir ki, nigeriyalı hücumçu 1-ci liqa təmsilçisi "İmişli"yə keçib.
Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu "İmişli"də mövsümün sonuna kimi icarə əsasında forma geyinəcək.
Timilehin 2023-cü ildən "Sabah"ın üzvüdür. O, bu mövsüm komandada 2 oyuna çıxıb.