Kəramət Böyükçöldən AFFA-ya məsləhət

Kəramət Böyükçöldən AFFA-ya məsləhət

AFFA futbolun inkişaf strategiyası haqqında proqram hazırlayıb. İctimaiyyətə də müraciət eləyib ki, bəs öz fikirlərinizi deyin, ağlımıza batsa, həyata keçirək. Yadıma gəlir ki, belə bir strategiya 2005-2015-ci illər üçün də var idi, dövlət də yüzmilyonlarla pul ayırmışdı. Basıb yedilər... 

İndi ortada nə adam arasına çıxarası futbolçu var, nə baza, nə infrastruktur, nə uşaq futbolu, nə mütəxəssis, nə də heç nə. Dinəndə də deyirlər ki, bu, əvvəlki rəhbərliyin dövründə idi, onlar getdi, indi təzəsi gəlib, hər şey yaxşıya doğru dəyişəcək. Bizim də inanmaqdan başqa çarəmiz yoxdur. 

Futbolun inkişafı üçün nə lazımdırsa, 2005-2015-ci il proqramında da var idi. Amma çoxu elə sənəd üzərində də qaldı... Bu gün real olaraq o proqramdan demək olar ki, ortada heç nə yoxdu. 

Həmin proqrama uyğun gələn ən gözəl işi "Qəbələ" və "Bakı" futbol klubları görmüşdü. Müasir bazalar, akademiyalar yaratmışdı. İndiyə kimi pis-yaxşı ortaya çıxan futbolçuların əksəriyyəti də həmin akademiyalarda yetişmişdi. Portuqaliya millisi Azərbaycana gələndə qalmaq və məşq etmək üçün "Bakı" FK-nın bazasını seçmişdi. Kriştiano Ronaldo belə məhz burdakı şəraiti bəyənmişdi. Bəs sonra oranın aqibəti necə oldu? Ölkə futboluna daim fayda verəcək və tikintisinə onmilyonlarla pul xərclənmiş həmin bazanı 3-5 il keçəndən sonra dağıtdılar, yerində də göydələnlər ucaltdılar... 

İnternetdə axtardım ki, görüm dünyanın hansısa bir yerində də futbol akademiyasını belə dağıdan olubmu? Qabağıma bircə xəbər çıxdı. O da Donetskdə uşaq futbol akademiyasının bazasını ruslar raketlə vurub dağıdıblar. Bizi dağıtmağa isə raketə ehtiyac yoxdu. 
İndi yeni proqrama uyğun olaraq yenə də bütün regionlarda, bölgələrdə infrastruktur yaradılmalı, futbol akademiyaları, bazalar, stadionlar tikilməlidir. Maraqlıdır, kim zəmanət verə bilər ki, 3-5 il sonra bu infrastrukturu da dağıdıb yerində "moyka", çayxana, qəlyanxana açmayacaqlar?

Əslində, futbol çox böyük qazanc gətirən bir sahədir. Sadəcə, zaman lazımdır. Gərək oyunçu yetişdirəsən, sonra da o oyunçunu elə bir qiymətə satasan ki, o uşaq akademiyasını söküb yerində tikdiyin binadan, çayxanadan, qəlyanxanadan dəfələrlə artıq pul qazanasan. Bəs buna nə çatmır? Səbr, ağıl, əxlaq, ideya, mənəviyyat çatmır? Nə çatmır də? 

Hamı istəyir ki, dərhal nəticə olsun, tezbazar pul gəlsin. Gözləyə bilmirlər. Biz cırıq şalvar geyinənə gülürdük. Qərb cırıq şalvarı brdendləşdirib bizə satdı. Biz də həvəslə alıb geyindik. Bu necə baş verdi? İdeya ilə. Bizdə isə ideyadan ucuz heç nə yoxdur. Hansı ideyanı da qaldırırsan, altından dərhal pul qazanmaq məqsədi çıxır, adam iyrənir. Sən işini düzgün gör, əxlaqla gör, onsuz da sənə pul gətirəcək. Bizdə isə əxlaqla pul qazanmağa heç kimin inamı yoxdur. 

Azarkeş də hər şeyin tezbazar olmağını istəyir. Onun da gözləməyə səbri yoxdur. Azarkeş də etibarsızdır. Dünən uzaq məsafədən qol vurduğuna görə öydüyü futbolçunu sabah qol epizodunu qaçıranda söyür. Amma bu azarkeşdi də, neyləmək olar? Belədi, siyasətə də münasibəti belədi, mədəniyyətə də, yazıçıya da, gözəl qızlara da... Amma rəhbər belə olmamalıdır axı!

Biliyimə görə AFFA-nın indiki rəhbərliyi həqiqətən də rüşvət-zad istəmir, korrupsioner deyillər. Düzü adamın inanmağı gəlmir. Amma həqiqətən futbolumuzun inkişafını istəyirlərsə, belə rəhbərliyə səbrdən, əxlaqdan, ağıldan, mənəviyyatdan və ideyadan başqa nə arzulaya, nə məsləhət verə bilərəm?!

Son xəbərlər
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
DAHA ÇOX

Ən çox oxunanlar