Millimizin üzvü Ukraynada klubunu dəyişdi

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev Ukraynada klubunu dəyişib.

Sports.az xəbər verir ki, 23 yaşlı futbolçu "Polesye"dən "Çernomorets"ə keçib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. O, yeni klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

"Çernomorets" Ukryna Premyer Liqasında 17 turdan sonra 12 xalla 15-ci pillədə yer alıb.

Mustafayev 2023-cü il iyulundan "Polessye"də çıxış edir. Onun klubu ilə müqaviləsi 2027-ci il iyununa qədərdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar