Santuş “Gələcəyin millisi”ni kimlərlə qursun?

Santuş “Gələcəyin millisi”ni kimlərlə qursun?

AFFA-nın yeni rəhbərliyinin verdiyi qərarlar futbol ictimaiyyəti tərəfindən böyük ümidlə qarşılanır və inkişaf strategiyasının necə həyata keçiriləcəyi səbrsizliklə gözlənilir.

Daha çox mübahisə edilən məsələ legioner limitinin ləğvidi ki, mənə görə bu qərar doğrudu. Limit olanda nə əsas milli, nə U21, nə də başqa yığmalarımız heç bir uğur qazanmayıb. Qərar qüvvəyə minməmiş də ölkə çempionatında oynamağa az şans qazanan bəzi futbolçuların xaricə yollandığını görürük. 

Amma bundan sonra bu, kütləvi hal ala bilər. 

Tez-tez Gürcüstanı nümunə çəkirik. Gürcülərin inkişafında əsas rol oynayan məqam futbolçuların xaricə kütləvi axınıdı. 

Bizim duruma baxanda millimizin baş məşqçisi Fernandu Santuşa qibtə etmək olmur.
Xaricdə legioner həyatı yaşayan ən yaxşı futbolçularımızın sayına və yaşına diqqət edək...

...30 yaşlı Coşqun Diniyev, 30 yaşlı Rahil Məmmədov, 30 yaşlı Vüsal İsgəndərli, 28 yaşlı Mahir Emreli, 27 yaşlı Anton Krivotsyuk, 27 yaşlı Kamran Əliyev, 26 yaşlı Renat Dadaşov, 26 yaşlı Ozancan Kökçü, 24 yaşlı Zamiq Əliyev, 24 yaşlı Emil Mustafayev.
Santuşun dediyi "Gələcəyin millisi"ni qurmaq üçün bu futbolçuların potensialı az, yaşı çox görünür...

Odur ki, hələlik əsas ümidimiz Azərbaycanda oynayan futbolçularadı. Bu ayın sonuna yaxın keçiriləcək yoldaşlıq matçı da "Gələcəyin millisinin"nin konturlarını cızmaq, gəncləri sınamaq üçün əla fürsətdir. Santuşun sözləri gerçəkdirsə, Belarusla matçda aşağıdakı futbolçuları sınasa yerinə düşər:

Murad Məmmədov - 19 yaş ("Neftçi"), 
Sadiq Məmmədzadə - 19 yaş ("Qarabağ")
Nihad Əhmədzadə - 19 yaş ("Sumqayıt")
Sadiq Şəfiyev - 20 yaş ("Kəpəz"),
Xəyal Əliyev - 21 yaş ("Sabah"),
Rüfət Abbasov - 21 yaş ("Şamaxı"),
Emin Rüstəmov - 21 yaş ("Səbail"),
Ağdadaş Salyanski - 21 yaş ("Neftçi"),
Nəriman Axundzadə - 21 yaş ("Qarabağ"),
Ayxan Süleymanlı - 21 yaş ("Sumqayıt"),
Mustafa Əhmədzadə - 22 yaş ("Araz Naxçıvan"),
Rza Cəfərov - 22 yaş ("Neftçi"),
Cəlal Hüseynov - 22 yaş ("Şamaxı"),
Rauf Rüstəmli - 22 yaş ("Şamaxı").

Portuqaliyalı Avropa çempionu "Ankaragücü"nün 18 yaşlı forvardı Həsən Nəzərliyə də şans versə, əla olar. 

Bu 15 nəfərə bəzi daha yaşlı futbolçuları da əlavə etsək, gənclərlə təcrübəlilərin vəhdəti də yaradıla bilər. Məsələn, Mahir Emreli, Elvin Cəfərquliyev, Toral Bayramov, Renat Dadaşov, Musa Qurbanlı, Səbuhi və Rüfət Abdullazadələrin adlarını çəkmək və siyahını uzatmaq olar.

Fikrimcə, hər mövqedə bir nəfər çox təcrübəli futbolçunun olması da gənclərin baxıb öyrənməsinə fayda verər. Bu mənada məsələn Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Emin Mahmudov və Mahir Emrelini qeyd edə bilərəm. 

Bu cür oyunlarda şans qazanan gənclər sınaqdan keçəndən sonra artıq Santuş üçün "Gələcəyin heyəti"ni qurmaq daha asan olacaq.

Son xəbərlər
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
DAHA ÇOX

Ən çox oxunanlar