"Bir kısmat çörəh" - Haitinin gəlişinə hazırlaşarkən

"Bir kısmat çörəh" - Haitinin gəlişinə hazırlaşarkən

Sumqayıtda yazılacaq tarix 

Azərbaycan milli komandası martın 22-si və 25-i iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq. 
Masazırdakı "Bank Respublika Arena"da Belarusla keçiriləcək görüş əvvəldən məlum idisə, digər matç haqda rəsmi məlumat dünən açıqlandı. Martın 22-si Mehdi Hüzeynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə qarşılaşacağıq.

Bu, millimizin Sumqayıtdakı ilk oyunu kimi tarixə düşəcək. Avrokuboklarda ilk ev matçımız - “Turan” – “Fənərbaxça”, ilk xal qazandığımız “Neftçi” – “Apoel” (0:0) görüşü də bu stadionda olub.  Amma əsas millimiz indiyədək “Gənclər şəhəri”ndə meydana çıxmayıb. 
AFFA-nın əvvəlki rəhbərliyi “istefa” sözünü eşitməmək üçün ölkənin əsas komandasını gözdən-könüldən uzaq Mərdəkana göndərirdi. Bakıdakı qarşılaşmalarda adətən tribunalarda "siçanlar oynayırdı".

Artıq yavaş-yavaş paytaxtdan kənara çıxırıq. Ötən il Qəbələ ilk dəfə Azərbaycan millisinin bir matçına ev sahibliyi etdi. İndi isə Sumqayıt və ardınca da Masazır publikası ölkənin əsas komandasını yaxından izləmək imkanı əldə edəcək.

Santuşun arzuları

Belarusla oyunun başlama saatı (21:45) azarkeşlər üçün əlverişli deyil. AFFA-dan baş məşqçi Fernandu Santuşun bu addımı oruc tutan futbolçulara görə atdığını bildiriblər. 
Qeyri-iş günləri olduğundan istər Masazıra, istərsə də Sumqayıta Bakıdan yola düşəcək azarkeşlərin tıxac problemi və ya ictimai nəqliyyatda basabasla qarşılaşacağı inandırıcı deyil. Amma başlama saatı iftar vaxtına təsadüf etsə (təxminən 19:00) hamı üçün daha yaxşı olardı. Ölkə çempionatının oyunlarında futbolçuların oyunlar gedə-gedə orucunu açdığını görürük. Dünya praktikasında da dəfələrlə buna şahidlik etmişik. 

Saat 19:00-da start fiti verilsə (bilmirəm, bundan sonra dəyişiklik mümkündürmü), tribunalarda boş yer çətin tapılsın. Əks təqdirdə, ölkənin 1 nömrəli komandasını dəstəkləmək istəyənlər çox gec olduğu və ictimai nəqliyyatla bağlı problemlərin yaşanma ehtimalını nəzərə alaraq Masazıra yollanmağa tərəddüd edə bilərlər. Ümid edək ki, istənilən halda milliyə könül verənlər tribunalarda yerlərini tutacaqlar.

Martın 22-si keçiriləcək oyunun başlama saatı hələlik açıqlanmayıb. Bu qarşılaşmanın da ən gec saat 19.00-da start götürməsi ideal olardı. 

Dünən və bu gün...

Sumqayıtda milli komandasını qonaq edəcəyimiz ölkə ümumən bizim üçün ekzotikdir. Futbol tarixlərinə və indiki durumlarına nəzər yetirincə...

1933-cü ildə FİFA-ya üzv qəbul edilən Haiti bir il sonra dünya çempionatının seçmə mərhələsində mübarizə aparıb. Müqayisə üçün “Neftçi” 1937-ci ildə yaranıb. O dövr Azərbaycan futbolunun siması olan "ağ-qaralar"ın SSRİ çempionatının birinci dəstəsində mübarizə apardığı 1974-cü ildə Haiti Almaniyada keçirilən dünya çempionatının final mərhələsində iştirak edib. 

Hazırda haitililər FİFA reytinqində 86-cı, biz 117-ci yerdəyik. "Transfermarkt"a görə onların ən dəyərli oyunçusu Afina AEK-inin forvardı Frantsdi Pyerro (3,50 milyon avro), bizimki isə Nəriman Axundzadədir (1,80 milyon).

Ümumiyyətlə, haitililərin hücum xətti müdafiəçilərimiz üçün əsl başağrısı ola bilər. Komandanın digər forvardı Nazonu Türkiyə futbolunu sevənlər "Kayserispor"dan yaxşı tanıyır. Belçika ikinci liqası təmsilçisi "Frank Borayns"ın çıxış edən Mondi Prunye komandasının bombardiridi. Danimarka ikinci liqasının lideri "Odense"nin önəmli futbolçularından Lusius Don Didson millidə də aparıcı fiqurlardandı. 

Eyni sözləri bu mövsüm Liqa 1-də "Anje"nin heyətində 20 oyunda meydana çıxmış sağ müdafiəçi Karlens Arsus haqda da demək olar. 

Dur gedək Bakıya bir salam verək

Haitinin MLS-də oynayan futbolçuları da var. Onlardan biri Fafa Piko "İnter Mayami"də Lionel Messi, Luis Suares və Jordi Albanın komanda yoldaşıdı.

Bakıya "bir salam vermələrinə", Azərbaycan mətbəxindən "bir kısmat çörəh" yemələrinə bəlkə də milyonlar xərclədiyimiz ulduzları Fafa hər gün görür, onlarla məşq edir, yemək yeyir və s...
Görünən bu ki, Fernandu Santuş üçün də futbolçularının yeməyi əsas prioritetdi.
Amma ümumən AFFA-nın millinin oyunlarını paytaxtdan kənara çıxarması və ölkənin əsas komandasına güclü rəqiblər tapmağa çalışması təqdirəlayiqdi. 

Qeyd edim ki, istər FİFA reytinqindəki durumuna, istər futbolçularının səviyyəsinə, istərsə tarixinə görə bizdən üstün olan Haiti millisi ardıcıl 8 oyunluq qələbə seriyasına malikdi və Sumqayıtdakı tarixi qarşılaşmanın favoritidi. Santuşun bu gedişi dayandırması çox müşkül məsələdi. Nəticə baxımından heç bir əhəmiyyət kəsb etməyən yoldaşlıq görüşlərinin iftardan neçə saat sonra başlamasından asılı olmayaraq...

Son xəbərlər
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
17-ci turun son oyunları keçiriləcək
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Premyer Liqanın 24-cü turu rəqəmlərin gözü ilə
Daha 3 güləşçimiz AÇ-də mübarizəyə qoşulur
Fərəcullayevə futbolun inkişafı lazımdır? - Bir "zəfərin" gözləntisində
Günün oyunları – TV
“Real”da Modriçlə Kroos kimi oyunçular çatışmır”
DAHA ÇOX

Ən çox oxunanlar