“Azərbaycan futbolunun yükünü çiynimdə daşıdığımı düşünmürəm” - Qurban Qurbanov

“Azərbaycan futbolunun yükünü çiynimdə daşıdığımı düşünmürəm” - Qurban Qurbanov

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Sports.az xəbər verir ki, 50 yaşlı mütəxəssis əvvəlcə bunları söyləyib:

- İlin məşqçisi sevilmək mənim üçün çox xoş oldu. Verdikləri dəyərə görə hər kəsə təşəkkür edirəm. Tədbir ildən-ilə daha maraqlı keçir. 

- Bu il idman mediasının fəaliyyətini necə dəyərləndirirsiz?
- Bəlkə də bu il onlar üçün ən ağır illərdən biri oldu. Bizim avrokuboklardakı bütün oyunlarımız gərgin və maraqlı keçdi. Əvvəl müsahibəmdə də bildirmişdim ki, azarkeş baxımından ən maraqlı il oldu. Azərbaycan futbolunun sevilməsi, gələcək inkişafı üçün çox faydalı il yaşadıq. Futbolçular, məşqçilər kimi media nümayəndələri də gərgin idilər. Bunu mətbuat konfransınlarda görürdüm. Oyundan əvvəl həyəcanlı şəkildə suallar verirdiniz. Bizim yaşadığımız hissləri sizdə də gördüm. Hər birinizə təşəkkür edirəm. Bu il böyük futbolun dadını daha çox hiss etdik.

- 2022-ci ildə təəssüfləndiyiniz an hansı oldu?
- İndi deneyim bir qədər düzgün çıxmaz. Sonradan fikir bildirmirəm. Təəssüfləndiyim an həmin dəqiqədə, saniyədə olur. Bu gün əldə etdiklərimizə görə şükür edirəm. Bəlkə də düşünə bilərik ki, daha böyük turnirlərdə iştirak edə bilərdik. Amma hər bir halda futbolçularımdan razı qaldım. 

- "Qarabağ" azarkeşlərinə nə vəd verə bilərsiz?
- Mənim onlara heç bir vəd verməyimə ehtiyac yoxdur. Çünki, biz bir-birimizə inanırıq, güvənirik. Mən onların öz komandalarına necə sadiq olduqlarını bilirəm, onlar da mənim necə sadiq olduğumu bilirlər. Nə qədər ki, "Qarabağ"dayam, məsuliyyətlə, istəklə, sevgi ilə komanda üçün bütün gücümü sərf edəcəyəm. 

- Son günlərdə Musa Qurbanlının Polşanın "Poqon" klubuna keçəcəyi deyilir. Bununla bağlı "Qarabağ"a rəsmi təklif gəlib?
- Maraqlandıqlarını eşitmişəm. Amma rəsmi təklif yoxdur. Tam ciddi olandan sonra fikir bildirə bilərik. Ümumiyyətlə belə qərarlarda çox diqqətli, həssas olmalıyıq. Futbolçumuz Avropaya getsin deyə bu addımı atıb, yana bilərik. Tam ciddi təklif olduğu halda götür-qoy etməliyik. Bu, sonranın müzakirə mövzusudur. 

- Sizi hansısa əcnəbi klubun baş məşqçisi kimi görmək ehtimalı var?
- Hazırda yoxdur. Çox istərdim ki, "Qarabağ"a sadiq olum. Mənim daha məsuliyyətli olmağım bu kluba gəlməyimin sayəsində olub. Ona görə də buranı asanlıqla tərk etmək fikrində deyiləm. Həyatdır, qarşıda hər şey ola bilər. Əgər nə vaxtsa böyük bir klubda getsəm, "Qarabağ"ı daha üstün tatacağam.

- Əgər bir baş məşqçi 17 oyunda 11 qol vuran futbolçunu (Musa Qurbanlı) start heyətdə oynatmırsa, siz həmin məşqçiyə nə deyərdiz?
- Həmin baş məşqçinin öz oğlu olsaydı, heç nə deməzdim (gülür).

- "Qarabağ"ın prezidenti Tahir Gözəl Konfrans Liqasının qalibi olmağı istəyir. Siz bu barədə nə deyə bilərsiz?
- İstəyir dedikdə məncə, arzu edir. Bu, hamımızın arzusudur, istəyidir. Bəzən hər istədiyimizi əldə edə bilmirik. Bu, Tahir Gözəlin komandaya inamından irəli gəlir. Biz də çox istəyirik ki, daha da irəli gedək. Ölkədə futbolun inkişafı üçün böyük titulların çox köməyi olacaq. Buna çalışacağıq.

Son xəbərlər
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
“Bayern”dən darmadağın
Bruno Fernandes Səudiyyə Ərəbistanına keçiddən imtina etməsini əsaslandırdı
“Mbappe “Qızıl top”a layiqdir”
Luis Enrike oyunçularına yanaşmasını açıqladı
Hücumçusu “Roma”dan ayrılmaq niyyətindədir
“Bayern”in işləri yaxşı gedir” - Robben
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
Kovaçiçlə “ortabablar” maraqlanırlar
“Real” “Yuventus”un yarımmüdafiəçisi ilə maraqlanır
“Gənc və perspektivli komandamız var”
DAHA ÇOX

Ən çox oxunanlar