“Çox önəmli qələbə qazandıq” – Dambrauskas

“Çox önəmli qələbə qazandıq” – Dambrauskas

“Sabah” Misli Premyer Liqasının 15-ci turunda bu gün “Turan Tovuz”un qonağı olub.

Sports.az xəbər verir ki, oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“İlk olaraq oyunçularımı təbrik edirəm. Həqiqətən də, bu gün möhtəşəm çıxış etdik. Çox önəmli qələbə qazandıq. Rəqib yaxşı təşkil olunmuş komandadır. Qalib gəldiyimizə görə çox şadıq. Oyunçularım qələbəyə layiq idilər.

Bizim sadəcə bir arzumuz var. O da hər dəfə qarşıdakı oyuna hazırlaşımağımızdır. Dörd gün sonra bizi ağır oyun gözləyir. Elə bir komandaya qarşı oynayacağıq ki, ölkəmizi Avropada layiqincə təmsil edir. Tək istəyimiz Bakıya qayıqıb, bərpa olunub bu oyuna hazırlaşmaqdır.

Azərbaycanlı deyiləm, sizin ölkənizdə qonağam. Burada işləmək mənim üçün zövqdür. Azarkeşlər baxımından hər şey yaxşı idi. Amma meydança baxımından bunu deyə bilməyəcəm. Hər kəs istəyir ki, futbolçular inkişaf eləsin. Amma bu cür meydançalarda bu mümkün deyil”.
 

Son xəbərlər
“Liverpul” əsas ulduzu ilə ayrılmaq qərarına gəldi
Nikolas Cekson “Bayern”də qalmağı xəyal edir
MY yarımmüdafiəçisi ilə bağlı qərar qəbul etdi
Günün oyunları – TV
“Yuventus” hücumçusu ilə görüş keçirdi
Nikolas Pas “Real”a qayıtmaqdan imtina edə bilər
“Milan” yarımmüdafiəçisinə transfer qiyməti müəyyənləşdirdi
Zaniolonun ailəsində sevinc yaşanır
“Milan” ulduz hücumçusu ilə bağlı qərar qəbul etdi
“Real”ı italyan mütəxəssis çalışdıra bilər
“Kəpəz” “Turan Tovuz”a, “Qəbələ” “Sabah”a qarşı
“Arsenal” qalib gəldi, MS xal itirdi, MY uduzdu
“Tuluza” və “Nitsa” penaltilərlə yarımfinalda
“Atletiko”nun finaldakı rəqibi bəlli oldu
İkinci yarımfinal görüşündə də heç-heçə qeydə alındı
“Bayer”dən çətin qələbə
“Beşiktaş” qrup birincisi oldu
"Şahdağ"da Xizək Alpinizmi üzrə Avropa Çempionatı başlayıb
“Arsenal” və “Nyukasl” oyunçu mübadiləsi gerçəkləşdirə bilərlər
“İstedadların seçimi” yarışının 2-ci turu keçiriləcək
“Komo”nun yarımmüdafiəçisi “İnter”ə keçə bilər
“Keçmişə qayıtmağı xoşlamıram” - Qurban Qurbanov
“Penaltini yerinə yetirə bilsəydik, əlavə vaxtda şanslarımız olardı”
“Qarabağ” “Şamaxı”nı belə keçdi - VİDEO
“Mançester Siti” “dayaqçı”sını satmağa hazırdır
“Xilasedici” və “Neftçi”dən qələbə
“Qalatasaray” “Liverpul”la oyunda azarkeşsiz qalacaq
PSJ-nin futbolçusu “Sabah”a keçəcək
“Qarabağ” inamlı qələbə ilə yarımfinalda!
Kipr klubu “Neftçi”nin futbolçusunu istəyir
DAHA ÇOX

Ən çox oxunanlar