Azərbaycan futbolu
Neqoş Kupusoviçlə yollar ayrıldı

08.01.2026 | 13:30
“Sabah” FK hücumçu Neqoş Kupusoviçlə yollarını ayırıb.
Sports.az xəbər verir ki, serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Neqoş 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 29 oyun keçirib.
“Sabah” Neqoş Kupusoviçə kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Son xəbərlər





























