Muradımıza çatmaq üçün

Muradımıza çatmaq üçün

19 yaşlı Murad Məmmədov UEFA Çempionlar Liqasının iştirakçısı "Kayrat"dan sonra Afrika Çempionlar Liqasının qalibi "Piramids"lə oyunda da qol vurdu. Murad bu matçlarda neçə dəqiqə oynayıb dəqiq bilmirəm. Amma heç bir görüşdə əsas heyətdə meydana çıxmayıb.

Ümid edirəm ki, Murad Əbu-Dabidəki performansı ilə yeni baş məşqçinin etimadını qazanacaq. 
Bunacan ölkə çempionatındakı qarşılaşmalarda da  Murada çox az şans verilirdi. Amma meydana 5-10 dəqiqəlik daxil olsa belə oyunda dönüş yaratmağı bacarırdı. 

Mən tez-tez klub rəhbərləri ilə danışıram. Demək olar ki, hamısının ümumi fikri belədi ki, Azərbaycan futbolunun problemləri, dərdi bizə qalmayıb. 

Əvəzedicilər Liqasından gileylənirlər. Deyirlər cəmi 2 klub (səhv etmirəmsə, "Qarabağ" və "Neftçi") bu ideyanı dəstəkləyirdi. Amma 10 klubun fikri nəzərə alınmadı. Buna görə məsələn "Qəbələ"nin akademiyası iflic vəziyyətə düşdü. Növbəti mövsüm də belə davam etsə, başqa klublarda da eyni vəziyyətin olacağı realdı. 

Bu isə yaxşı heç nə vəd etmir. Klublar, AFFA, AGİN, Təhsil Nazirliyi ən azı bu ildən vahid mexanizm kimi çalışmalı, futbolun inkişafı üçün əlini daş altına qoymalıdı. At muraddı deyirlər. Ümid edək ki, bu il muradımıza çatıb futbolun inkişafı üçün hamının səfərbər olduğunu görəcəyik!

"Neftçi"də Murad Məmmədov, "Sabah"da Xəyal Əliyev, "Qarabağ"da Əli Bəşirov, "Sumqayıt"da Nihad Əhmədzadə, "Kəpəz"də Sadiq Şəfiyev, "Şamaxı"da Rüfət Abbasov, "Qəbələ"də Şahin Şahniyarov, "Turan Tovuz"da Vüqar Bağırov, "Zirə"də Ramiz Muradov, "Araz Naxçıvan"da Mustafa Əhmədzadə kimi gənclər nə qədər çox oynamaq şansı qazansa bundan ancaq futbolumuz udar. Elə klublarımız da!

Bu siyahını uzada bilərəm. Hər klubda ən azı 3-4 istedadlı və yaşı çox olmayan yerli futbolçular var. Məsələn, "Sabah"da Şahin İbrahimov və Camal Cəfərov, "Qarabağ"da Amin Rzayev və Hikmət Cəbrayılzadə, "Neftçi"də Rza Cəfərov və Emil Səfərov, "Turan Tovuz"da Fərid Yusifli və Abdulla Rzayev, "Zirə"də Rüfət Abdullazadə və Ceyhun Nuriyev, "Şamaxı"da Edqar Adilxanov və Səlim Həşimov, "Qəbələ"də Ziya Şəkərxanov və Qədir Ramazanov, "Sumqayıt"da Xəyal Fərzullayev və Ayxan Süleymanlı və s.

Burda nisbətən tanınan isimləri yazmışam. Amma akademiyalarda da istedadlı uşaqlar az deyil. Milli komandamızın baş məşqçisi Ayxan Abbasov onları çoxlarından yaxşı tanıyır.

Sadəcə, düzgün bir sistem qurulmalıdı. Sizi inandırıram ki, Millətlər Liqasında əsas millimiz bu heyətlə çıxış etsə daha yaşlı futbolçulardan qurulmuş heyətlə müqayisədə elə də ciddi bir fərq olmayacaq. 

Amma bu uşaqlar əvəzsiz təcrübə qazanacaq və bunun futbolumiz üçün faydasını tezliklə hamımız görəcəyik.

Son xəbərlər
Qapıçısı “Milan”la yeni müqavilə imzalamağa yaxındır
“Milan” hücumçusunu icarədən geri çağırır
“Tottenhem” “Yuventus”un ulduzunu hədəfə aldı
Ozanın komandası Niderland kubokunun 1/4 finalında
“Qalatasaray”ın sabiq oyunçusu narkotik alverinə görə həbs edildi
“Qəbələ”nin sabiq futbolçusu “Kayrat”a keçdi
“Neftçi” Çin klubuna 3 qol vurdu - VİDEO
“Zirə” Çexiya klubuna belə uduzdu - VİDEO
“Jirona”dan inamlı qələbə
“Atalanta” xal itirdi
PSJ darmadağına sevindi
“Qarabağ”la oyundan öncə xal itirdilər
“Araz-Naxçıvan” məşqləri bərpa etdi
“Real” Konate ilə bağlı məsələyə yayda qayıdacaq
“Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik”
“Neftçi”də iki ayrılıq, bir yeni oyunçu
Əcnəbi hakimlər Azərbaycan çempionatını dəyərləndirdi
Entso Fernandes “Çelsi”dən ayrıla bilər
“Azərreyl” və “Turan”dan qələbə
“Qarabağ” Polşa klubu üzərində qələbəyə sevindi
Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
“Komo” “Hammarbü”nün yarımmüdafiəçisi ilə maraqlanır
“Sumqayıt” xorvatlara da uduzdu
“Zirə” üçüncü yoxlama görüşündə uduzdu
“Real” “Ayaks”ın yarımmüdafiəçisini hədəfə aldı
“Neftçi” yoxlama matçında Çin klubuna qalib gəldi
“Bayern” “Mançester Yunayted”in kapitanı ilə maraqlanır
Emeri ayın ən yaxşı məşqçisi seçildi
Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu bəlli oldu
“Vest Hem” əsas ulduzunu satmağa hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar