Azərbaycan futbolu
Millimizin Danimarka ilə yoldaşlıq oyunlarının hakimləri açıqlandı

15.01.2026 | 12:40
Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər bəlli olub.
Bu barədə Sports.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Yanvarın 22-də, saat 19:00-da start götürəcək qarşılaşmada Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov hakimlik edəcəklər.
Yanvarın 24-də, saat 16:00-da başlayacaq görüşə isə Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov təyinat alıblar.
Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında baş tutacaq.
Son xəbərlər





























