Azərbaycan futbolu
“Zirə”dən ayrılan futbolçu 3-cü liqa klubuna keçdi

15.01.2026 | 15:20
“Zirə”nin yollarını ayırdığı Vensan Till özünə yeni komanda tapıb.
Sports.az xəbər verir ki, lüksemburqlu futbolçu Almaniyada oynayacaq.
O, 3-cü liqada çıxış edən “Valdhof Manhaym” klubu ilə anlaşıb.
Till mövsümün sonuna qədər Almaniya klubuna kömək edəcək.
Lüksemburq millisinin 25 yaşlı yarımmüdafiəçisi “Zirə”dən əvvəl “Sabah”da da oynamışdı.
Son xəbərlər





























