Azərbaycanın 4 komandası bu gün yoxlama oyunu keçirəcək

Azərbaycanın 4 komandası bu gün yoxlama oyunu keçirəcək

Azərbaycanın dörd komandası bu gün yoxlama oyunu keçirəcək.

Sports.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" Bakı vaxtı ilə saat 17:00-da Çinin "Çenqdu Ronqçenq" kollektivi ilə üz-üzə gələcək.

"Ağ-qaralar" daha əvvəl Misir təmsilçisi "Piramids"lə heç-heçə (1:1) edib. Qazaxıstanın "Kayrat" komandasını üç cavabsız qolla üstələyib.

Türkiyənin Antalya bölgəsində toplanışda olan "Zirə" və "Qarabağ" isə bu gün iki matça çıxacaqlar. Paytaxt klubu saat 13:00-da Ukraynanın "Aleksandriya, saat 18:00-da Çexiyanın "Bohemians 1905" kollektivləri ilə görüşəcək. Ağdamlılar saat 12:00-da Xorvatiyanın "Osiyek", 19:00-da Polşanın "Zaqlebye" komandasını sınağa çəkəcək.

"Zirə" ilk oyunda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3. Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla məğlub edib.

"Sumqayıt" Antalyada sonuncu qarşılaşmasını keçirəcək. "Gənclik şəhəri" təmsilçisi saat 18:30-da "Osiyek"lə münasibətlərə aydınlıq gətirəcək. Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın "Pakş" və Serbiyanın OFK (Berlqrad) komandalarına uduzub - 1:5, 1:4.

Son xəbərlər
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli oldu
Lider autsayderi darmadağınla yendi - VİDEO
“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas
“Bizim üçün çətindir” - Füzuli Məmmədov
“Milan” “Liverpul”un müdafiəçisi ilə maraqlanır
“Sabah” və “Turan Tovuz”dan qələbə
“İnter” “Santos”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” “Sumqayıt”ı belə məğlub etdi - VİDEO
“Gedişatı dəyişə bilmədik”
Qar voleybolu üzrə ölkə kuboku başa çatıb
“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı” - Berdıyev
“Milan” qapıçısı ilə razılıq əldə etdi
DAHA ÇOX

Ən çox oxunanlar