“Hazırda nəyisə dəyişməyə ciddi ehtiyac görmürəm” - Vernidub

“Hazırda nəyisə dəyişməyə ciddi ehtiyac görmürəm” - Vernidub

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibə verib.

Sports.az xəbər verir ki, ukraynalı mütəxəssis təlim-məşq toplanışını dəyərləndirib:

“Təlim-məşq toplanışı çox xoşuma gəldi, çox yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə rəhbərliyimizə xüsusi təşəkkürümü bildirirəm. Onlar komandamızın məşqi və inkişafı üçün bizə rahat şərait yaratmaqdan ötrü hər şey etdilər. Həmçinin futbolçulara da toplanışa görə təşəkkür edirəm. Onlara minnətdaram ki, qoyduğumuz tələbləri və yüklənmələri yerinə yetirdilər, yaxşı işlədilər, tempi qorudular və inkişaf göstərdilər. Biz buna görə razıyıq və məmnunuq. Onu da qeyd etmək istəyirəm ki, komandada ciddi zədəli futbolçu olmadığı üçün şadıq. Düzdür, bəzi oyunçularda mikro zədələr var, amma onları qısa müddətdə aradan qaldıracağıq və müsbət nəticə əldə edəcəyik. Məni məyus edən yeganə məqam Ortisin hərarət səbəbindən məşq prosesindən kənarda qalmasıdır, amma düşünürəm ki, 1-2 günə vəziyyəti normallaşacaq. Ümumilikdə, keçirilən toplanışdan çox razıyam.

Komandada heç kimi xüsusi fərqləndirmək istəmirəm, çünki hamı layiqincə və yaxşı məşq edirdi. Heç kimi fərqləndirməməyimin səbəbi odur ki, biz böyük bir ailəyik. Hazırda komandada bu cür ab-hava olduğuna görə qürur duyuruq. Yeganə qeyd etmək istədiyim futbolçu Murad Məmmədovdur. Əgər bu cür davam etsə, onu çox böyük gələcək gözləyir. Həmçinin “Neftçi-2”dən bizə qoşulan futbolçulara – Nihad Əliyev və Məhəmməd Məmmədliyə də təşəkkür etmək istəyirəm. Onlara minnətdaram ki, çalışdılar və məşq prosesində bizə kömək etdilər. Düzdür, çox oynamaq şansı qazanmadılar, amma biz onların inkişafını izləməyə davam edib gələcəkdə də məşq proseslərinə cəlb edəcəyik. Hər şey hələ indi başlayır. Qarşıda bizi “Zirə” kimi çox ciddi rəqibə qarşı hazırlıq həftəsi gözləyir. “Zirə” çox yaxşı komandadır. Təhlil üçün çox işimiz var. Təhlil edib bu oyuna hazırlaşacağıq.

Hazırda nəyisə dəyişməyə ciddi ehtiyac görmürəm. Çünki komandada kifayət qədər futbolçu var, hamı istəklidir və çalışır, bu da məni qane edir. Bununla belə, əgər bizə maraqlı və “Neftçi” səviyyəsinə layiq bir futbolçu olarsa və o da komandamıza qoşulmaq istədiyini bildirərsə, əlbəttə ki, bu variantı nəzərdən keçirəcəyik. Açığı, bu mövzuda danışmaq çətindir, çünki hər məşqçi heyətin güclənməsini istəyər. Lakin hazırda futbolçularımız var və biz də, onlar da qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə və mövcud vəziyyəti düzəltməyə hazırıq.

Baxacağıq, indi konkret nəsə demək çətindir. Qarşıda hələ bir həftəlik hazırlıq var və Bakıda hazırlaşacağıq. Yeganə fərq Bakının havasıdır. Burada temperatur +25 dərəcədir, Bakıda isə +5, +6 dərəcə və güclü külək gözlənilir. Amma qorxulu heç nə yoxdur. Biz burada hazırlaşmışıq, məşq etmişik və düşünmürəm ki, bu bizim üçün böyük çətinlik yaradacaq. Hazırda bu heç də ən vacib məqam deyil. Çempionatın son 17 turuna 100 yox, 150 faiz hazır olmalıyıq.

Dəstək verdiklərinə görə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Buna görə biz sizə minnətdarıq. Azarkeşlərə demək istəyirəm ki, heç vaxt komandadan üz döndərməsinlər. Vəziyyətin nə qədər ağır və ya asan olmasından asılı olmayaraq, tribunaya gəlin. Siz hər zaman komandanın yanında olmalısınız. Komanda isə mənim fikrimcə, ən yaxşı nəticəni göstərmək üçün əlindən gələni edəcək”.

Son xəbərlər
Keçmiş müdafiəçisi “Çelsi”yə qayıda bilər
Salah müqabilində nəhəng ödənişə hazırdırlar
“Turan Tovuz” ev oyunlarını Bakıda keçirəcək
“Futbolçularımız təlim-məşq toplanışında yaxşı təsir bağışladılar”
Hücumçusu “Mançester Siti”dən ayrıla bilər
“Turan Tovuz” yoxlama oyununda məğlub oldu
“Şamaxı” Azərbaycan millisinə qalib gəldi
Peres Vinisiusa ümidlidir
“Sabah” 9 qola sevindi
“Hazırda nəyisə dəyişməyə ciddi ehtiyac görmürəm” - Vernidub
“Ordu” “Sərhədçi”yə, “Neftçi” “Gəncə”yə qalib gəldi
“Yuventus” “Fiorentina”nın hücumçusu ilə maraqlanır
"Kəpəz" və "Karvan-Yevlax"dan heç-heçə
Duqlas Kostanın yeni klubu məlum oldu
“Çox istəyirəm ki, Türkiyədə məşqçi işləyim” - Rəşad Sadıqov
Yarımmüdafiəçisi “Barselona”dan getmək istəyini bildirdi
La Liqa klubunda yeni hücumçu
Braziliyalı futbolçu “Portu”nun tarixinə düşdü
“Nottingem Forest” Frattezi uğrunda mübarizədə öncüldür
PSJ “Çelsi”nin yarımmüdafiəçisi ilə əlaqə yaratdı
Raşford “Mançester Yunayted”in planlarını pozur
“Real” “Bayer”in hücumçusunu satın almaq istəyir
“Fiorentina”nın prezidenti vəfat etdi
Müdafiəçisi “Real”dakı vəziyyətindən narazıdır
“Yuventus” Mateta ilə bağlı qərar verə bilmir
Luis Enrikedən PSJ ilə 100-cü qələbə
“Liverpul” baş məşqçi dəyişikliyi edə bilər
“Bayern”in ulduzu sıraya qayıdır
Millimiz bu gün "Şamaxı” ilə qarşılaşacaq
“Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə əsas namizəd açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar