“Turan Tovuz” ev oyunlarını Bakıda keçirəcək

“Turan Tovuz” ev oyunlarını Bakıda keçirəcək

“Turan Tovuz” ev oyunlarını Bakıda keçirəcək.

Sports.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz"un ev oyunlarını keçirdiyi stadionla bağlı qərar qəbul edilib.

Məlumata görə, “Turan Tovuz” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda aparılan bütün bərpa və baxım işlərinə baxmayaraq bölgədə müşahidə olunan yağıntılı və qeyri-sabit hava şəraiti səbəbindən arenanın ot örtüyünü oyunların keçirilməsi üçün hazır vəziyyətə gətirmək mümkün olmayıb. “Turan Tovuz” klubunun müraciəti əsasında stadiondakı vəziyyət Peşəkar Futbol Liqası tərəfindən analiz olunub və müvafiq addımlar atılıb. Belə ki, “Turan Tovuz” klubunun müraciəti və “Qarabağ” klubunun razılığını nəzərə alaraq Peşəkar Futbol Liqası “Turan Tovuz”un ev oyunlarının “Azersun Arena”da keçirilməsi barədə qərar qəbul edib.

Eyni zamanda, ardıcıl oyun və məşqlər qrafikinə uyğun olaraq “Azersun Arena”nın həddindən artıq yüklənməsi və meydana  çıxması real görünən problemin  qarşısını almaq məqsədilə Misli Premyer Liqasının XVII turu çərçivəsində, 25.01.2026-cı il tarixində keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili qərara alınıb. Həmin qarşılaşmadan sonra “Turan Tovuz” klubu Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində nəzərdə tutulan ev oyunlarını “Azersun Arena”da keçirməyə başlayacaq. 

Klubun Tovuz şəhər stadionuna qayıdışı 20-22 mart 2026-cı il tarixlərində keçiriləcək Misli Premyer Liqasının 25-ci tur oyununa planlaşdırılır. Bununla belə, sözügedən qarşılaşmadan əvvəl Peşəkar Futbol Liqasının işçi qrupunun iştirakı ilə stadionda test xarakterli oyun keçiriləcək. Test oyunu zamanı aparılacaq müşahidələrin nəticələrinə əsasən stadionla bağlı yekun qərar veriləcək və növbəti addımlar atılacaq. 

Açıqlanmış oyunların başlama saatları ilə bağlı hər hansı dəyişiklik olmayacaq.

Son xəbərlər
“Bayern”dən darmadağın
“Arsenal”la “Liverpul” xal itirdi, derbidə MY qalib gəldi
“Qalatasaray”dan xal itkisi
Afrika Millətlər Kubokunun bürünc mükafatçısı bəlli oldu
Keçmiş müdafiəçisi “Çelsi”yə qayıda bilər
Salah müqabilində nəhəng ödənişə hazırdırlar
“Turan Tovuz” ev oyunlarını Bakıda keçirəcək
“Futbolçularımız təlim-məşq toplanışında yaxşı təsir bağışladılar”
Hücumçusu “Mançester Siti”dən ayrıla bilər
“Turan Tovuz” yoxlama oyununda məğlub oldu
“Şamaxı” Azərbaycan millisinə qalib gəldi
Peres Vinisiusa ümidlidir
“Sabah” 9 qola sevindi
“Hazırda nəyisə dəyişməyə ciddi ehtiyac görmürəm” - Vernidub
“Ordu” “Sərhədçi”yə, “Neftçi” “Gəncə”yə qalib gəldi
“Yuventus” “Fiorentina”nın hücumçusu ilə maraqlanır
"Kəpəz" və "Karvan-Yevlax"dan heç-heçə
Duqlas Kostanın yeni klubu məlum oldu
“Çox istəyirəm ki, Türkiyədə məşqçi işləyim” - Rəşad Sadıqov
Yarımmüdafiəçisi “Barselona”dan getmək istəyini bildirdi
La Liqa klubunda yeni hücumçu
Braziliyalı futbolçu “Portu”nun tarixinə düşdü
“Nottingem Forest” Frattezi uğrunda mübarizədə öncüldür
PSJ “Çelsi”nin yarımmüdafiəçisi ilə əlaqə yaratdı
Raşford “Mançester Yunayted”in planlarını pozur
“Real” “Bayer”in hücumçusunu satın almaq istəyir
“Fiorentina”nın prezidenti vəfat etdi
Müdafiəçisi “Real”dakı vəziyyətindən narazıdır
“Yuventus” Mateta ilə bağlı qərar verə bilmir
Luis Enrikedən PSJ ilə 100-cü qələbə
DAHA ÇOX

Ən çox oxunanlar