Azərbaycan futbolu
“Qəbələ” bu gün daha bir yoxlama oyunu keçirəcək

18.01.2026 | 13:30
“Qəbələ” bu gün təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək.
Sports.az xəbər verir ki, bölgə təmsilçisi 1-ci Liqa komandası “Baku Sportinq”lə qarşılaşacaq.
Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək və oyuna saat 14:00-da start veriləcək.
Təlim-məşq toplanışı çərçivəsində “Qəbələ” daha əvvəl “Kəpəz” (3:1) və “Araz-Naxçıvan”la (1:0) qarşılaşıb.
Son xəbərlər





























