Azərbaycan futbolu
“Kəpəz" yeni transferini açıqladı

22.01.2026 | 12:20
"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
Sports.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
"Sarı-göylər" Rəhman Hacıyevi heyətinə qatıb. 32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Rəhman Hacıyev mövsümün ilk yarısını "Səbail" klubunda keçirib.
Son xəbərlər





























