Azərbaycan futbolu
“Şamaxı” “Qəbələ”yə, “Qarabağ” “Kəpəz”ə qarşı

24.01.2026 | 09:00
Misli Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Şamaxı” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. “Qarabağ” isə “Kəpəz”i sınağa çəkəcək.
Xatırladaq ki, daha öncə keçirilmiş “İmişli” – “Araz-Naxçıvan” (2:2) və “Neftçi” – “Zirə” (0:0) oyunlarında qalib müəyyənləşməyib. “Turan Tovuz” – “Sumqayıt” və “Sabah” – “Karvan” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
17-ci tur
24 yanvar
“Şamaxı” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu, 14:00.
“Qarabağ” – “Kəpəz”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
“Azersun Arena”, 16:30.
Son xəbərlər





























