"Araz-Naxçıvan" 21-ci oldu

"Araz-Naxçıvan" 21-ci oldu

Misli Premyer Liqasının XVII turunun ilk günü daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Sports.az xəbər verir ki, ukraynalı Andrey Demçenko “Araz-Naxçıvan”ı “İmişli” ilə səfər görüşünə çıxarıb. 

Debütantın komandası məhsuldar heç-heçəyə imza atıb – 2:2.

Demçenko Premyer Liqada cari mövsümdə debüt edən 5-ci əcnəbi mütəxəssisdir. Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) I, Valdas Dambrauskas (“Sabah”) II, Yuri Vernidub (“Neftçi”) XV turda debüt edib.

Bununla da Azərbaycan çempionatlarının yüksək liqasında baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 70-ə çatıb. Demçenko Premyer Liqa tarixində 11-ci ukraynalı baş məşqçi olub.

O, “Araz-Naxçıvan”ın tarixində ilk legioner çalışdırıcısı olub. Naxçıvan təmsilçisi Premyer Liqada əcnəbi mütəxəssisə güvənən 21-ci komandadır. Bunadək 20 klubda əcnəbi baş məşqçi çalışmışdı.


 

Son xəbərlər
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli oldu
Lider autsayderi darmadağınla yendi - VİDEO
“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas
“Bizim üçün çətindir” - Füzuli Məmmədov
“Milan” “Liverpul”un müdafiəçisi ilə maraqlanır
“Sabah” və “Turan Tovuz”dan qələbə
“İnter” “Santos”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” “Sumqayıt”ı belə məğlub etdi - VİDEO
“Gedişatı dəyişə bilmədik”
Qar voleybolu üzrə ölkə kuboku başa çatıb
“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı” - Berdıyev
“Milan” qapıçısı ilə razılıq əldə etdi
“Kristal Pelas” “Milan”ın təklifini rədd etdi
“Çelsi”nin sabiq futbolçusu Qazaxıstan klubunda
NTD "Şəki" üzərində qələbə qazandı
“Atletiko” “Vulverhempton”un yarımmüdafiəçisi ilə maraqlanır
Səfərdə 100-cü qələbə
Xabi Alonso İngiltərə Premyer Liqasına üz tuta bilər
DAHA ÇOX

Ən çox oxunanlar