“Kəpəz” yaxşı mübarizə apardı, çox istəkli idi” - Qurbanov

“Kəpəz” yaxşı mübarizə apardı, çox istəkli idi” - Qurbanov

"Qarabağ" Misli Premyer Liqasının 17-ci turunda "Azersun Arena"da "Kəpəz"ə 0:2 hesabı ilə uduzub.

Sports.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azər Bağırovu, onun komandasını təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Çox istəkli idilər. Öz futbolçularıma gəldikdə, deyəcək bir söz yoxdur. Alınmayanda alınmır. Çempionata yaxşı başlamaq istəyərdik. Bir daha göründü ki, asan oyun olmayacaq. Bütün matçlara maksimum hazırlıq və motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə "Liverpul"la oyuna hazırlaşmalıyıq.

- Transferlərlə bağlı vəziyyət nə yerdədir?

- Danışıqlar gedən futbolçular var. Başa düşürük ki, yeni oyunçular lazımdır. Futbolçu gətirmək elə də asan deyil. Artıq komandalar daha təcrübəli olublar, bir-birini yaxşı tanıyırlar. Nəticələr göstərir ki, daha aktiv olmalıyıq, oyunlara məsuliyyətlə yanaşmalıyıq. Hər xal bizim üçün dəyərlidir. İnşallah, yaxşı olar.

- Bəhlul Mustafazadə üçün Çin klubundan təklif gəlib?

- Maraqlananlar var, təkliflər gəlir. Hazırda "Liverpul"la oyuna köklənmişik. Hələ konkret qərar verilməyib.

- Bədavi Hüseynovun zədəsi ciddidir?

- Bəli, ciddi görünür. Başında şiş var idi. Özüm də görüb pis oldum.

- "Ayntraxt"la oyundan sonra sizin haqqınıza girənlərə haqqınızı halal edirsiz?

- Haqqım varsa, halal olsun. Mənə çox insan yaxınlaşıb deyib ki, haqqınızı halal edin, sizin haqda düz fikirləşməmişik. 10-15 ildir bu, davam edir. Tanımadan biri haqda fikir yürüdəndə belə hallar olur. Haqqım hamıya halaldır, bilmək olmaz bəlkə bu dünyadan daha tez köçdük. 

- "Kəpəz"ə məğlubiyyətə görə futbolçuları cəzalandıracaqsız?

- Xeyr. Oyundan sonra futbolçulara motivasiya verdim. Futbolun özəlliyi, gözəlliyi odur ki, düşünmədiyin nəticələr olur. Qarşıdakı rəqibə həmişə dəyər vermək lazımdır. Lazım olan vaxtlarda cəza olub.

- Elvin Cəfərquliyevə "Fənərbaxça"dan təklif gəlib?

- Məndə belə məlumat yoxdur. (Sportal)

Son xəbərlər
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli oldu
Lider autsayderi darmadağınla yendi - VİDEO
“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas
“Bizim üçün çətindir” - Füzuli Məmmədov
“Milan” “Liverpul”un müdafiəçisi ilə maraqlanır
“Sabah” və “Turan Tovuz”dan qələbə
“İnter” “Santos”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” “Sumqayıt”ı belə məğlub etdi - VİDEO
“Gedişatı dəyişə bilmədik”
Qar voleybolu üzrə ölkə kuboku başa çatıb
“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı” - Berdıyev
“Milan” qapıçısı ilə razılıq əldə etdi
“Kristal Pelas” “Milan”ın təklifini rədd etdi
“Çelsi”nin sabiq futbolçusu Qazaxıstan klubunda
NTD "Şəki" üzərində qələbə qazandı
“Atletiko” “Vulverhempton”un yarımmüdafiəçisi ilə maraqlanır
Səfərdə 100-cü qələbə
Xabi Alonso İngiltərə Premyer Liqasına üz tuta bilər
DAHA ÇOX

Ən çox oxunanlar