“Turan Tovuz” “Sumqayıt”a, “Sabah” “Karvan-Yevlax”a qarşı

Bu gün Misli Premyer Liqasında 17-ci tura yekun vurulacaq.
Sports.az xəbər verir ki, son gündə iki oyun baş tutacaq.
“Turan Tovuz” “Sumqayıt”la qarşılaşacaq. Bu oyun Sumqayıtda keçiriləcək.
Turun qapanış matçında isə lider “Sabah” autsayderi “Karvan-Yevlax”la üz-üzə gələcək.
Daha öncə keçirilmiş “İmişli” – “Araz-Naxçıvan” (2:2) və “Neftçi” – “Zirə” (0:0) oyunlarında qalib müəyyənləşməyib. “Şamaxı” evdə “Qəbələ”yə (0:4), “Qarabağ” isə “Kəpəz”ə (0:2) məğlub olub.
Misli Premyer Liqası
17-ci tur
25 yanvar
“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 16:00.
“Sabah” – “Karvan-Yevlax”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov.
“Bank Respublika Arena”, 18:30.





























