“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas

“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas

“Sabah” Azərbaycan Premyer Liqasının 17-ci turunun son matçında bu gün “Karvan-Yevlax”ı qəbul edib.

Sports.az xəbər verir ki, 4:1 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib.

Litvalı mütəxəssis mövsümün ikinci hissəsinə yaxşı qələbə ilə başladıqlarını bildirib:

“Əvvəlcə azarkeşləri, rəhbərliyi və hər kəsi mövsümün ikinci yarısının başlaması münasibəti ilə təbrik edirəm. Mövsümün ikinci hissəsinə yaxşı qələbə ilə başladıq. Böyük hesablı qələbə qazansaq da, oyunda mənfi halları da gördüm. Hücumları bitirməkdə çətinlik çəkirdik. Qarşıdakı oyunlarda heç də bu qədər şanslarımız olmayacaq. Belə halların üzərində çalışmalıyıq. Qarşıda bizi “Zirə” ilə oyun gözləyir. Heç də asan olmayacaq. Sabahdan bərpa olunub bu oyunun hazırlıqlarına start verəcəyik.

Dəfələrlə demişəm, bizim hazırda 20-dən çox oyunçumuz var. Onların potensialına bələdik. Hələ heç də özlərinin yaxşı tərəflərini göstərməyiblər. Yaxşı bir oyunçu olarsa, transfer etmək istərik. Rəhbərliklə daim əlaqədəyik. Mənim işim futbolçulara məşq keçməkdir. Klubda transfer məsələləri ilə məşğul olan şəxslər var. Bu, mənim işim deyil. Şayiələrə inanmayın”.

Son xəbərlər
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli oldu
Lider autsayderi darmadağınla yendi - VİDEO
“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas
“Bizim üçün çətindir” - Füzuli Məmmədov
“Milan” “Liverpul”un müdafiəçisi ilə maraqlanır
“Sabah” və “Turan Tovuz”dan qələbə
“İnter” “Santos”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” “Sumqayıt”ı belə məğlub etdi - VİDEO
“Gedişatı dəyişə bilmədik”
Qar voleybolu üzrə ölkə kuboku başa çatıb
“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı” - Berdıyev
“Milan” qapıçısı ilə razılıq əldə etdi
“Kristal Pelas” “Milan”ın təklifini rədd etdi
“Çelsi”nin sabiq futbolçusu Qazaxıstan klubunda
NTD "Şəki" üzərində qələbə qazandı
“Atletiko” “Vulverhempton”un yarımmüdafiəçisi ilə maraqlanır
Səfərdə 100-cü qələbə
Xabi Alonso İngiltərə Premyer Liqasına üz tuta bilər
30-cu böyükhesablı məğlubiyyət
Tarixin ən uzun seriyası qırıldı
“Çelsi” kapitanı ilə yeni müqavilə imzalamaq niyyətindədir
DAHA ÇOX

Ən çox oxunanlar