Azərbaycan futbolu
“Hamburq”un direktoru millimizin üzvü barədə danışdı

26.01.2026 | 18:20
“Hamburq”un direktoru Saskia Broyer Azərbaycan milli komandasının müdafiəçisi Nigar Mirzəliyevanın transferi ilə bağlı danışıb.
Sports.az xəbər verir ki, klubun rəsmi saytına danışan Broyer milli üzvü barədə bunları deyib:
“Nigar meydanda istəkli və topsuz işində güzəştə getmədən çalışan çox iddialı oyunçudur. O, müdafiədə çox universaldır və Super Liqada qazandığı dəyərli yüksək səviyyəli oyun təcrübəsinə malikdir. Xüsusilə də, onun fiziki hazırlığı və güclü mentaliteti bizi komandamızı əhəmiyyətli dərəcədə gücləndirə biləcəyinə inandırdı”.
Mirzəliyeva “Hamburq”la 2,5 illik müqavilə imzalayıb.
Son xəbərlər




























