Azərbaycan futbolu
“Sabah”dan ayrılan futbolçu rəsmən “Arsenal”da!

26.01.2026 | 20:00
"Sabah" klubundan ayrılan Ayaz Quliyevin yeni klubu müəyyənləşib.
Sports.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Rusiyanın "Arsenal" klubuna transfer olunub.
Bu barədə Tula təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.
Quliyev daha əvvəl 2021/2022 mövsümündə "Arsenal"da çıxış edib və 26 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023-cü ildən "Sabah"da çıxış edirdi. Quliyev bu müddətdə komandanın heyətində 54 oyun keçirib.
"Arsenal" Rusiya 1-ci Liqasında 28 xalla 10-cu yerdədir.
Son xəbərlər




























