Azərbaycan futbolu
“Nyukasl”ın Bakıya gəlişi “ən uzun səfər” olacaq

31.01.2026 | 14:40
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasının nəticələrinə əsasən, “Qarabağ”la üz-üzə gələcək.
Sports.az xəbər verir ki, bu qarşılaşma “sağsağanlar” üçün təkcə idman baxımından yox, həm də coğrafi göstəricilərə görə tarixə düşəcək.
Belə ki, “Nyukasl” Bakı səfəri üçün 2529 ingilis mili (təxminən 3900 kilometr) məsafə qət etməli olacaq. Bu isə indiyədək Çempionlar Liqasında iştirak edən istənilən İngiltərə klubu üçün ən uzun səfər rekordu deməkdir.
İlk oyun fevralın 18-də Azərbaycanda keçiriləcək. Tərəflər altı gün sonra isə cavab matçında bu dəfə İngiltərədə qarşılaşacaqlar. “Qarabağ”la duel “Nyukasl” üçün həm meydanda, həm də yol baxımından ciddi sınaq olacaq.
Son xəbərlər





























