“Üzücü məğlubiyyət aldıq” - Azər Bağırov

“Üzücü məğlubiyyət aldıq” - Azər Bağırov

“Kəpəz” bu gün Misli Premyer Liqasının 18-ci turunda “Şamaxı” ilə üz-üzə gəlib.

Sports.az xəbər verir ki, 0:2 hesabı ilə məğlub olan Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov maksimum hazırlaşmağa çalışdıqlarını bildirib:

“Oyunun çətin olacağını bilirdik. Rəqibin keçən turda məğlub olması bu oyuna təsirsiz ötüşməyəcəkdi. Biz də maksimum hazırlaşmağa çalışmışdıq. Üzücü məğlubiyyət aldıq. Buna baxmayaraq, ikinci dövrə təzə başlayıb. Çalışacağıq ki, növbəti oyunlara hazırlaşaq.

Çoxlu səhvlər buraxdıq. Rəqib bunlardan yararlanıb fərqləndi. Səhvlərimiz əsasən ortadakı boşluqlar idi. Futbolda qaydalar var da, səhv buraxdınsa, rəqib cəzalandıracaq. “Şamaxı” bilirik ki, əks-hücumda oynayır. Ona görə də, cərimə meydançası ətrafında səhvlər buraxdıq. Təəssüf.

Düşünürəm ki, belə oyunlarda daha böyük təzyiqlər olur. Turnir cədvəlində bir-birinə yaxın komandalardır. “Qarabağ” kimi komandalara uduzsan da, elə böyük təzyiq olmur. Dünən “Qəbələ”nin turnir cədvəlində irəliləməsi… Ümumiyyətlə, “Şamaxı” kimi komandalarla, dediyim kimi, təzyiq daha çox olur. Belə olanda da futbolçular yanlış qərarlar verə bilirlər.

Yolumuza hələ ki, belə davam edirik. Qapıçı məsələsi gündəmdə deyil.

Həmişə müdafiəçilərdə səhv axtarmaq işin sonudur. Əslində, səhv başqa yerdən başlayır. Gedişatda futbolçuların “açılmasını” tələb edirik. Hə, səhv sonda müdafiəçidə bitir deyə, düşürük onun üzərinə. Məsələn, bu gün Ohori cinahda topu itirir, amma Verdaskanın səhv etdiyini fikirləşirik. Əslində, belə deyil. Mənim üçün cinahda topu kim itirirsə, həmin zonada kimsə topu istəmirsə, səhv həmin oyunçudadır.

Futbolçuların göstəriciləri 4-5 gündən bir oynamağa imkan verir. Rotasiyalar etməyə də oyunçumuz var. Kubokda da yolumuza davam edəcəyik. Heç bir rəqibə asan təslim olmayacağıq”.

Son xəbərlər
“İmişli” “Benfika”nın yetirməsi ilə gücləndi
“Tottenhem” “Monako”nun hücumçusu ilə maraqlanır
Daha bir neçə rayonda “Məktəbli Kuboku” keçirilir
Avrokuboklar tarixində yeni rekord
“Liverpul” “İnter”in müdafiəçisini almaq niyyətindədir
“Sabah” “Abşeron Lions”u məğlub etdi
Xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib
Sterlinq yeni klub seçməyə tələsmir
Dünyanın ən bahalı futbol akademiyaları
“Hər iki komandanın ifasında keyfiyyətli futbol oldu” - Rəşad Sadıqov
“Nottingem Forest” “Mançester Siti”nin qapıçısı ilə maraqlanır
“Oyunun taleyi birinci hissədə həll olunmuşdu” - Dambrauskas
“Sabah” Zirədə 3 qolla qalib gəldi - VİDEO
Lukmanın taleyi həll edilir
“Zirə” “Sabah”a, “Kəpəz” “Şamaxı”ya uduzdu
“Kəpəz” “Şamaxı”ya belə uduzdu - VİDEO
Azərbaycan millisinin üzvü Serbiya klubuna keçdi
"Neftçi"nin yetirməsi "Şahdağ Qusar"da
Müdafiəçisi “Latsio”dan ayrıla bilər
“Üzücü məğlubiyyət aldıq” - Azər Bağırov
“Şamaxı” uduzan kimi milli komanda amili qabardılır” - Ayxan Abbasov
“İnter”in yarımmüdafiəçisi La Liqaya üz tuta bilər
“Sərhədçi”dən çətin qələbə
“Kəpəz”in futbolçusu mükafatlandırıldı
“Liverpul” və “Arsenal” “Real”ın yarımmüdafiəçisi uğrunda çəkişəcəklər
La Liqada ayın ən yaxşı futbolçusu açıqlandı
Ronaldodan 961-ci qol
“Mançester Yunayted”də kütləvi yenidənqurma gözlənilir
“Nyukasl”ın Bakıya gəlişi “ən uzun səfər” olacaq
“Qəbələ”də 25-ci qol, Premyer Liqada 4-cü het-trik
DAHA ÇOX

Ən çox oxunanlar