“Bizdə qruplaşma yoxdur” - İsayev

“Bizdə qruplaşma yoxdur” - İsayev

Misli Premyer Liqasının 18-ci turunda "Zirə" səfərindən 3:1 hesablı qələbə ilə dönən "Sabah"ın aparıcı futbolçusu Aleksey İsayev matçdan sonra təəssüratlarını bölüşüb.

Sports.az xəbər verir ki, futbolçu "Sabah"ın mətbuat xidmətinə danışıb.

Qarşılaşmada 3 məhsuldar ötürmə və mövsümdəki asist sayını 6-ya çatdıran yarımmüdafiəçi azarkeşlərin ona "sehrbaz" ləqəbi verməsinə təvazökar yanaşıb:

"Mən sadəcə Sibirdən olan sadə oğlanam. Təşəkkür edirəm. Əsas odur ki, komanda qazandı. Hər zaman komanda yoldaşıma ötürmə verməyə şad oluram. Deyəsən, bundan qol vurmaqdan daha çox həzz alıram. Göründüyü kimi, məndə pas vermək qol vurmaqdan daha yaxşı alınır. Hər şey komanda üçündür".

Təcrübəli futbolçu komandadakı uğurlu ab-havadan və futbolçular arasındakı anlaşmadan da danışıb:

"Hər gün məşq edirik, məşqçinin tapşırıqlarını yerinə yetiririk, bir sözlə, dayanmadan çalışırıq. Kollektivimiz əladır, aramızda əla anlaşma var. Bazada hamımız birlikdə ünsiyyət qururuq. Bizdə hansısa qruplaşmalar, ayrılıqlar yoxdur. Çalışırıq ki, bir-birimizdən fransız, Azərbaycan, ispan, rus dillərində sözlər öyrənək. Biz bir ailə kimi olmağa çalışırıq".

Son xəbərlər
“Monako”dan darmadağın
“Barselona”dan inamlı qələbə
“Qarabağ”ın rəqibi “Liverpul”a böyük hesabla uduzdu
“Napoli” “Fiorentina”nı xalsız yola saldı
“Bayern” səfərdə xal itirdi
“Beşiktaş”dan çətin qələbə
“Milan” qapıçısı ilə yeni müqavilə imzaladı
“İmişli” “Benfika”nın yetirməsi ilə gücləndi
“Bizdə qruplaşma yoxdur” - İsayev
“Tottenhem” “Monako”nun hücumçusu ilə maraqlanır
Daha bir neçə rayonda “Məktəbli Kuboku” keçirilir
Avrokuboklar tarixində yeni rekord
“Liverpul” “İnter”in müdafiəçisini almaq niyyətindədir
“Sabah” “Abşeron Lions”u məğlub etdi
Xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib
Sterlinq yeni klub seçməyə tələsmir
Dünyanın ən bahalı futbol akademiyaları
“Hər iki komandanın ifasında keyfiyyətli futbol oldu” - Rəşad Sadıqov
“Nottingem Forest” “Mançester Siti”nin qapıçısı ilə maraqlanır
“Oyunun taleyi birinci hissədə həll olunmuşdu” - Dambrauskas
“Sabah” Zirədə 3 qolla qalib gəldi - VİDEO
Lukmanın taleyi həll edilir
“Zirə” “Sabah”a, “Kəpəz” “Şamaxı”ya uduzdu
“Kəpəz” “Şamaxı”ya belə uduzdu - VİDEO
Azərbaycan millisinin üzvü Serbiya klubuna keçdi
"Neftçi"nin yetirməsi "Şahdağ Qusar"da
Müdafiəçisi “Latsio”dan ayrıla bilər
“Üzücü məğlubiyyət aldıq” - Azər Bağırov
“Şamaxı” uduzan kimi milli komanda amili qabardılır” - Ayxan Abbasov
“İnter”in yarımmüdafiəçisi La Liqaya üz tuta bilər
DAHA ÇOX

Ən çox oxunanlar