Azərbaycan futbolu
1/4 finala start verilir: “Sumqayıt” “Zirə”yə, “Sabah” “Qəbələ”yə qarşı

04.02.2026 | 09:00
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Sports.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Əvvəlcə, “Sumqayıt” “Zirə” ilə qarşılaşacaq. Bu komandaların ilk görüşü Sumqayıtda keçiriləcək.
Daha sonra “Sabah” “Qəbələ”ni qəbul edəcək.
“Şamaxı” – “Qarabağ” və “Turan Tovuz” – “Kəpəz” oyunları isə sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final
4 fevral
“Sumqayıt” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
“Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
“Bank Respublika Arena”, 19:30.
Son xəbərlər





























